Məzar daşının montajı.

Biz təklif edirik:

  • Bünövrənin hazırlanması: Məzar daşının etibarlı quraşdırılmasını təmin etmək üçün qruntun və bünövrənin beton təməlinin hazırlanması üçün işləri həyata keçiririk.
  • Montaj: Təcrübəli mütəxəssislərimiz məzar daşının dayanıqlığına və təhlükəsizliyinə zəmanət verən bütün texniki standartlara və tələblərə uyğun olaraq montajı həyata keçirirlər.
  • Ətraf ərazinin abadlaşdırılması: Ətraf ərazinin bəzədilməsi üzrə xidmətlər təklif edirik,hasarların quraşdırılması, mərmər daşı ilə üzlənməsi kimi işlər və s.

Bütün texnoloji standartlara və tələblərə uyğun olaraq bütün Azərbaycan ərazisində abidələrin peşəkar şəkildə quraşdırılması. Bizim professional komandamız istənilən mürəkkəblikdə olan memorial konstruksiyaların, məzar və qəbirüstü daşların yüksək keyfiyyətli quraşdırılmasını təmin edir.

Abidənin beton möhkəmləndirilməsi bütün tikinti və texniki normalara riayət olunmaqla həyata keçirilir. Layihə sənədlərinin tələblərinə cavab verən yüksək keyfiyyətli materiallardan istifadə olunur.

Abidənin etibarlılığına və davamlılığına əmin olmaq üçün onun quraşdırılmasını bizim peşəkar komandamıza həvalə edin!

Məzar daşlarının quraşdırılması yalnız peşəkarlar ustalar tərəfindən həyata keçirilməlidir.

Məzar daşlarının quraşdırılması vacib və məsuliyyətli bir prosesdir, bu səbəbdən də bu işi peşəkar şirkətə həvalə etmək lazımdır. Təcrübəli komanda layihəni dəqiq həyata keçirərək keyfiyyətə zəmanət verə bilir. İş yalnız etibarlı materialları seçməkdən ibarət deyil, görünüşü, həmçinin davamlılığından asılı olan düzgün quraşdırmanı təmin etmək vacibdir. “Mezardası” şirkəti məzar və qəbir daşların hazırlanması və quraşdırılması sexi Azərbaycanda istənilən dizayn, müxtəlif mürəkkəblikdə olan qəbir daşlarının quraşdırılmasına qədər hərtərəfli xidmətlər təklif edir.

Şirkət məzar daşının beton təməl hazırlanmasından, yekun quraşdırmaya qədər bütün mərhələlərdə etibarlılıq, vaxtında yerinə yetirmə və peşəkarlıqa zəmanət verir.

Məzar daşının quraşdırılması zamanı hansı çətinliklər yarana bilər?

Məzar daşını öz gücünüzlə quraşdırmaq qərarı tez-tez edilən səhvlərdən biridir və çox vaxt ciddi problemlərlə nəticələnir. İlk və ən böyük çətinlik mezar daslari standartlarını bilən və möhkəm quraşdırmanı təmin edən ixtisaslı olan şirkət tapmaqdır
Ucuz məzar və qəbir daşlarının quraşdırılması çox vaxt beton təməl işlərinin düzgün aparılmaması, texnologiyanın pozulması ilə həyata keçirilir və nəticədə bir neçə ay ərzində mezar dasinin əyilməsi və ya aşmasına gətirib çıxarır. Peşəkar şirkət etibarlı materialların seçilməsinə, torpaq növünün nəzərə alınmasına və məzar daşının ümümi konstruksiyasının səviyyə üzrə düzgün quraşdırılmasına diqqət yetirirlər. Bu yanaşma məzar daşının uzun müddət möhkəm və dayanıqlı qalmasını təmin edir. Bundan əlavə, ixtisaslı komanda peşəkar avadanlığa və təcrübəyə sahib olmalıdır. Mezardasi.az komandası ilə Azərbaycanın istənilən bölgəsində etibarlı, estetik və uzunömürlü məzar daşı quraşdırılması mümkündür.

Məzar və qəbir daşlarının quraşdırılması prosesin əsas mərhələlər

«Mezardasi» şirkətinin fəaliyyətində məzar və qəbir daşlarının quraşdırılması əsas xidmət sahələrindən biridir. Ən əlverişli yanaşma, işin başlanğıc mərhələsindən tam quraşdırmaya qədər hər addımı əhatə edən “açar təslim” xidmətindən istifadə etməkdir.
Məzar və qəbir daşlarının quraşdırılması aşağıdakı mərhələləri əhatə edir:

  1. Menecerlərlə ilkin məsləhət və qəbiristanlığa yerində baxış. Müştəri ilə aparılan danışıq zamanı mezar dasinin növü, quraşdırılma yeri və işin icra müddəti razılaşdırılır. Usta sahəyə baxış keçirərək yerin xüsusiyyətlərini qiymətləndirir. Bu mərhələ gələcəkdə səhvlərin qarşısını almağa və lazım olan materiallarların həcmini düzgün müəyyən edib, materialların artıq sərfiyyatının qarşısını almaqa imkan verir.
  2. Beton təməl hazırlığı və təməlin məzar sahəsi üzrə düzgün əhatəyə alınması. Sahənin düzgün işarələnməsi, qebir dasinin simmetriya və vizual balans nəzərə alınaraq aparılır. Beton təməl üçün dərinlik və en müəyyən edilir.
  3. Beton təməl hazırlanması və mezar dasinin quraşdırlıması. Əsas və vacib işlərdən biri olan standartlara uyğun armatur və sement markanın təməldə istifadəsidir. Bu konstrukasiyanın çəkisini daşımaq üçün ən vacib məqamlardan biridir. Beton təməl tam quruduqdan sonra mütəxəssislər mezar dasinin montajını həyata keçirirlər. Əsas şərt işin yer səviyyəsinə uyğun və bütün standartlara riayət edilməsidir.
  4. Elementlərin möhkəm bağlanması və birləşmə yerlərinin izolyasiyası. Montajda istifadə olunan qarışıqlar temperatur dəyişikliklərinə və yüksək rütubətə qarşı davamlıdır. Birləşmə hissələrinin su və zədələnmədən qorunması üçün izolyasiya işləri də aparılır. Bu üsul mezar daslarinin uzun müddət qalmasını təmin edir.
  5. İşlərin tamamlanması və ərazinin abadlaşdırılması. Mezar daslarin quraşdırılması zamanı tullantılar yaranır, bundan irəli gələrək təmizlik işləri aparılır, razılaşmaya əsasən çınqıl daşlar tökülür və qranit-mərmər plitə düzülməsi və ya hasarın quraşdırılması həyata keçirilir. Müştəri tam hazır vəziyyətdə ərazini təhvil alır.

İstənilən şəraitdə, istər şəhər qəbiristanlıqlarında, istərsə də kənd yerlərində məzar və qəbir daşların quraşdırılmasını mezardasi.az saytından sifariş edə bilərsiniz. Mütəxəssislərimiz bölgələrin torpaq və iqlim şəraitinin nəzərə alınaraq sizə tam xidmət göstərəcəklər.

Mezardasi.az saytından məzar daşlarının quraşdırılması

Mezardasi.az-dan məzar daşının quraşdırılması müştərinin istəklərini ən yüksək səviyyədə yerinə yetirmək imkanıdır.Müştəri üçün sifarişin hər detalı vacib olduğundan, komandamız uzun illərin təcrübəsi, peşəkarlığı və keyfiyyətli materiallardan istifadə əsasında ən yaxşı həlləri təklif edir. Biz layihələrin vaxtında tamamlanmasını və bütün texniki tələblərə tam uyğunluğunu təmin edərək, açıq və şəffaf qiymət siyasətini həyata keçiririk. Komandamız hər bir sifarişə xüsusi diqqət göstərir və tapşırığın önəmini yaxşı dərk edir.

Məzar daşının quraşdırılmasını sifariş etmək üçün telefonla menecerlə əlaqə saxlayın.

Abidələr və memorial komplekslərin istehsalı