Məzar daşının hazırlanması
Biz yüksək keyfiyyətli mərmər və qranitdən məzar daşı təklif edirik.
Sevdiklərimizin xatirəsini əbədiləşdirməyin nə qədər vacib olduğunu başa düşürük, ona görə təklif edirik:
- Fərdi yanaşma: Sizin eskizlərinizə uyğun qəbir daşı yaradırıq və ya müştərinin bütün istəklərini nəzərə alaraq öz dizayn həllərimizi təklif edirik.
- Yüksək keyfiyyətli materiallar: Hər bir qəbir daşının gözəlliyini və davamlılığını təmin etmək üçün yalnız yüksək keyfiyyətli daşlardan istifadə edirik.
- Müasir texnologiyalar: Daş emalının qabaqcıl üsullarından istifadə edirik ki, bu da işimizdə yüksək dəqiqliyə nail olmağa imkan verir.
- Ölkə üzrə çatdırılma və quraşdırma: Biz qəbir daşının istehsalından məzar yerində quraşdırılmasına qədər tam xidmət təqdim edirik.
30 illik təcrübə ilə Azərbaycanda məzar daşının peşəkar istehsalı. Biz dünyanın ən yaxşı karxanalarından gətirilmiş yüksək keyfiyyətli mərmər və qranitdən əbədi xatirə yaratmaqda ixtisaslaşırıq.
Bizə müraciət etməklə siz sevdiklərinizin xatirəsini əks etdirən yüksək keyfiyyətli məzar daşı əldə edəcəksiniz.
Məzar daşlarının istehsalı: əla keyfiyyət və mərhumun yaddaşına hörmət
«Mezardasi.az» komandası üçün qəbir daşı hazırlamaq təkcə daşla işləmək deyil, həm də sevdiklərinin xatirəsini əbədiləşdirmək üçün sənət əsəri yaratmaq imkanıdır. Dəfn zərif və məsuliyyətli bir xidmətdir. Burada hər detal, şəxsi yanaşmadan tutmuş materialların dayanıqlığına qədər böyük əhəmiyyət daşıyır.
Mezardasi.az – bütün Azərbaycan ərazisində məzar daşları, qəbir daşları sifarişi, istehsalı, quraşdırılması və zərif detallarla çəpərlər, vazalar, şamdanlarla tamamlama xidmətləri təqdim edən peşəkar şirkətdir. İşlərimizdə müasir texnologiyalar və əsrlik ənənələr birləşir, nəticədə uzun illər yadda qalacaq layiqli xatirə simvolu yaradılır.
Məzar daşları hazırlanması üçün niyə peşəkarlara müraciət etmək vacibdir?
Bir çox müştəri məzar daşlarının hazırlanması məsələsində özləri hərəkət etməyə üstünlük verir, ustalar axtarır, materiallar və dizayn seçirlər. Lakin təcrübədə çoxsaylı çətinliklər ortaya çıxır və proses xeyli mürəkkəbləşir.
Niyə?
- Təcrübəli və etibarlı ustalar tapılmır.
- Gözləntilərlə və nəticədə hazırlanan qəbir daşı uyğun gəlmir.
- Ucuz məzar daşlarının hazırlanması adətən keyfiyyətsiz materiallardan istifadə olunur, yazı və şəkillərdə səhvlərin yola veririlir və vaxtında çatdırılmaması ilə nəticələnir.
- Ustalar hazırlıq mərhələlərinə riayyət etmir, beton təmələ diqqət yetirmirlər, qəbiristanlığın xüsusiyyətlərinə uyğun daşınma və quraşdırma planlaşdırılmır və nəticədə bir müddətdən sonra qəbir daşının ümümu konstruksiya olaraq əyilməsi və ya hətta qebir dasinin aşması ilə nəticələnir.
Qiymətə qənaət edəcəyini düşünərək sifarişçi əslində iki dəfə xərc çəkmiş olur əvvəl keyfiyyətsiz hazırlanmış məzar daşına, sonra isə onu yenidən bərpasına və ya qebir dasinin yenisi ilə dəyişdirilməsinə.
Ən doğru seçim, bütün məsuliyyəti öz üzərinə götürən və yüksək keyfiyyətə zəmanət verən mezardasi.az şirkətinə müraciət edərək bütün problemlərdən uzaq olmaqdır.
Məzar daşlarının istehsalı. MEZARDASİ.AZ-dan məzar daşlarının sifarişlə hazırlanması
«Mezardasi» məzar daşı emalatxanası kimi Bakı və Azərbaycanın bütün bölgələri üzrə müxtəlif şaxəli xidmətlər toplusu təqdim edir. Bu, həqiqətən də yaxınlarınızla vidalaşmağın çətin anlarında etibarlı qayğıdır. Ən çətin anlarda “a-dan z-yə” tam xidmət paketidir ki, bu da sifarişçinin dərdini yüngülləşdirərək ona rəsmi və təşkilati prosedurlarla bağlı çətinliklərdən azad edərək kömək edir.
Bizim komanda uzunmüddətli təcrübəyə sahibdir, yüksək keyfiyyətli materiallardan istifadə edir və eksklüziv dizayn layihələrini həyata keçirə bilir.
Bizimlə əməkdaşlıq aşağıdakı mərhələləri əhatə edir:
- Məsləhətləşmə. Müştərinin büdcəsi və şəxsi istəkləri nəzərə alınaraq, ən yaxşı variantların müzakirəsi və seçimi.
- Layihələndirmə. Mərhumun bioqrafiyasını və qəbiristanlıqdakı cari şəraiti nəzərə alaraq məzar daşının dizaynının hazırlanması.
- Əməkdaşlıq şərtlərinin razılaşdırılması və müqavilənin bağlanması.
- İstehsal. Keyfiyyətli materialların seçimi və müasir avadanlıqlardan istifadə ilə mezar dasinin istehsalı.
- Çatdırılma və quraşdırma. Ölkə daxilində çatdırılma həyata keçirlir və peşəkar briqadamız tərəfindən beton təməl hazırlanır, abidənin montajı və ətrafın abadlaşdırılması işləri həyata keçirlir.
Mezardasi.az vasitəsilə sifariş olunan məzar daşları həm münasib qiymətə, həm də yüksək keyfiyyətə sahibdir!
Müştəri incəliklərə diqqət və hörmətli münasibət alır, nəticədə isə uzun illər yadda qalacaq nəticə əldə edir.
İndi menecerlə əlaqə saxlayıb, pulsuz məsləhət xidmətindən faydalanın!
Abidələr və memorial komplekslərin istehsalı